Baxçalı Ərdoğana yox dedi

Siyasət

104

Baxçalı Ərdoğana yox dedi Bozqurdların lideri ölkə prezidenti Ərdoğanın, “bütün liderlərlə görüşəcəyəm” sözünə cavab verib.
Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçki sonrası koalisiya müzakirələrini alovlandıracaq bəyanat verib. Conflict.az xəbər verir ki, Bozqurdların lideri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “bütün liderlərlə görüşəcəyəm” sözünə cavab verib. “CNN Türk”ə açıqlama verən Baxçalı ölkə başçısından gələcək dəvəti üstü örtülü rəd edib.

“Hər hansı bir millət vəkilinə (hökuməti qurmaq) vəzifə(si) vermək səlahiyyəti əlbəttə prezidentdədir. Amma növbəti mərhələ vəzifələndirilən şəxsə aiddir. Liderlərlə tək-tək görüşmək prezidentin işi deyildir. Biz belə bir dəvəti uyğun görmürük. Sadəcə prezidentin vəzifələndirəcəyi şəxslə görüşəcəyəm”.
Conflict.az