BMT-nın qərarı sülhə zərbədir - İsrail

Siyasət

42

BMT-nın qərarı sülhə zərbədir - İsrailBMT TŞ-nin yəhudi məskənlərinin inşasının dayandırılması ilə bağlı qəbul etdiyi qərar sülhə zərbədir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Prezidenti Reuven Rivlin xristian icması ilə görüşündə deyib.

“BMT TŞ-də yəhudi məskənlərinin inşasının dayandırılması ilə bağlı qəbul edilən qətnamə İsrail-Fələstin arasındakı münasibətlərə zərbədir. Beynəlxalq birlik tərəflər arasında yaranan anlaşılmazlıqları yoluna qoymaq üçün səy göstərməlidir”, - Rivlin bildirib.

Qeyd edək ki, BMT TŞ-də qəbul edilən qətnaməyə görə, İsrail hökumətinin Şərqi Qüds və İordan çayının qərb sahilində yəhudi məskənlərinin inşasını dayandırmalıdır.

Lakin rəsmi Tel-Əviv bu qərara əməl etməyəcəyini açıqlayıb.
Conflict.az