Rusiyadan ABŞ-a sərt etiraz

Siyasət

89

Rusiyadan ABŞ-a sərt etiraz “Biz ABŞ Rumıniya və Polşada özünün şaquli raket buraxılış qurğularının yerləşdirməsindən narahatıq”.

Conflict.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu qurğular vasitəsilə raket əleyhinə “Standart-3” raketləri ilə yanaşı orta mənzilli “Tomaqavk” raketlərinin də buraxılışlarını həyata keçirmək olar. Moskva Vaşinqtonun bu addımı ilə Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında müqavilənin şərtlərini pozduğunu bildirib.
Conflict.az