Azərbaycan prezidentinin Ankaraya səfəri başlayıb - YENİLƏNİB+VİDEO

Siyasət / Video

170

Azərbaycan prezidentinin Ankaraya səfəri başlayıb - YENİLƏNİB+VİDEO  Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb. *** Prezident İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb

Bu barədə Türkiyə mediası xəbər verir ki, Azərbaycan Prezidenti bu gün Bakı vaxtı ilə saat 12:30-da qardaş ölkədə olacaq. Prezident İlham Əliyev Türkiyə prezidentinin iqamətgahında qarşılanacaq. Bakı vaxtı ilə saat 12:45-də prezidentlərin təkbətək görüşü planlaşdırılıb. Rəsmi proqrama görə, gün ərzində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Səfər zamanı Azərbaycan-Türkiyə arasında müxtəlif sahələri əhatə edən imzalanma mərasimi keçiriləcək. İmzalama mərasimindən sonra İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransı keçirələcək. Saat 15:30-da Türkiyə prezidentinin adından prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət veriləcək.


Conflict.az