Vurğun Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul edilib

Siyasət

191

Vurğun Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul edilib Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib.
Conflict.az xəbər verir ki, Bu barədə Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimli APA-ya məlumat verib.

N. Kərimli deyib ki,dünən(03.05.2015) partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib. Toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: “O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib”.
N. Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şurası tərəfindən baxılıb, təsdiq olunmalıdır.

Müsavat Partiyasının rəhbər orqanlarında təmsil olunanlar isə bu barədə danışmaq istəməyiblər.