SƏHİYYƏ NAZİRLİYİNİ ÖZƏLLƏŞDİRƏN HİKMƏT MƏMMƏDOV

Səhiyyə

4 208

SƏHİYYƏ NAZİRLİYİNİ ÖZƏLLƏŞDİRƏN HİKMƏT MƏMMƏDOVOnun nazir müavini Elsevər Ağayev adından iş adamlarına sələmə pul verdiyi də deyilir.

Bu yaxınlarda mediada sələmçilik fəaliyyəti ilə tanınan Hikmət Zahir oğlu Məmmədov barəsində məlumat dərc olunmuşdu. Daxil olan məlumata görə, səhiyyə nazirinin birinci müavini Elsevər Ağayevin “sağ əli” sayılan Hikmət Məmmədov müxtəlif iş adamlarına sələmə pul verməklə məşğuldur. Mənbə bildirir ki, H.Məmmədov nazir müavini Elsevər Ağayevin vasitəsilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ,Bəşir Bünyadov küçəsi 8 ünvanında yerləşən 2 hektar ərazini özəlləşdirib. Qeyd edək ki, həmin ərazi özəlləşmədən əvvəl Səhiyyə Nazirliyinin avtomobil qarajı olub. Əldə etdiyimiz məlumata görə, bu günə qədər həmin ərazidə heç bir tikinti işi aparılmayıb, hətta qarajın içində köhnə, yararsız təcili yardım avtomobilinin kuzası da Elsevər Ağayev və Hikmət Məmmədova yadigar qalıb. Daxil olan digər məlumata görə, Hikmət Məmmədovun oğlu Zaur Məmmədov özü də Elsevər Ağayevin yanında, nazirlikdə çalışır. Zaur Məmmədovun toy mərasimində Elsevər Ağayev xüsusi olaraq iştirak edib və hətta Zaur Məmmədova “dədəlik” etdiyi görüntüsü də yaradıb. Mənbə bildirir ki, H.Məmmədov yaxın ətrafında Elsevər Ağayevi “ağsaqqal” kimi təqdim edir və heç bir işi ondan xəbərsiz görmədiyini deyir. Hətta məlumata görə, “Ağ şəhər” layihəsində Hikmət Məmmədov bir bloklu bina tikdirərək hər yerdə bu binanın da Elsevər Ağayevin pulu ilə tikdirdiyini dilə gətirir. Mənbə qeyd edir ki, Hikmət Məmmədov Rövşən Tanırverdiyev adlı iş adamına sələmə pul verərək onun yaşadığı sonuncu əmlakını ələ keçirmək niyyətində olub. “Ancaq Rövşən Tanırverdiyevin oğlu Elmar Tanırverdiyevin razılıq ərizəsi olmadığına görə, Hikmət Məmmədovun Rövşən Tanırverdiyevin əmlakını ələ keçirmək planı yarımçıq qalıb. Digər məlumata görə bu cür mübahisəli problemlər Hikmət Məmmədov tərəfindən ilk yaranan problemlər deyil. Bir sözlə, bu şəxs Elsevər Ağayevin pullarını sələmlə dövriyyəyə buraxaraq insanların son mənzilini əlindən almaq istəyir”, – deyə məlumatlı mənbə əlavə edir. Mənbə əlavə edir ki, iş adamı Rövşən Tanırverdiyev bu problemlə bağlı Hikmət Məmmədovu Nərimanov rayon məhkəməsinə verib. “R.Tanırverdiyev deyir ki, 400 min manat pul almışam, üstündə miliyondan çox Hikmət Məmmədova sələm ödəmişəm, ancaq onun gözü doymur, yenə də mənim ona 400 min manat borcum olduğunu iddia edir. Rövşən Tabnırverdiyev inanır ki, məhkəmə də hər şeyə aydınlıq gətirililəcək. R.Tanırverdiyev məhkəmədə medianın da iştirakını vacib sayıb. R.Tanırverdiyevin sözlərinə görə, jurnalistlər cəmiyyətin güzgüsü olduqları üçün qoy gəlib məhkəmədə iştirak edib cəmiyyətin güzgüsündə Hikmət Məmmədovun əslində kim olduğunu və ona havadarlıq edən Elsevər Ağayevi göstərsinlər”, – deyə məlumatda bildirilir.\365info\

Conflict.az