“Hercai”nin ulduzu Bakıya gəlir

Mədəniyyət

59

“Hercai”nin ulduzu Bakıya gəlirSon zamanlar “Hercai” serialı ilə məşhurluğunu artıran türkiyəli aktrisa Ebru Şahin Bakıya gəlir.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, paytaxtımıza “Altın Kelebek” mükafatlarının siması kimi təşrif buyuracaq.

Aktrisanın Bakıya gəliş tarixi isə 16 noyabrdır. Azərbaycanı mükafatlandırma gecəsində təmsil edəcək məşhurlar da həmin tarixdə açıqlanacaq.

Qeyd edək ki, “Altın Kelebek”i indiyədək iki məşhur sima: Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.