Xalq artistinə vəzifə verildi

Mədəniyyət

127

Xalq artistinə vəzifə verildiXalq artisti Fidan Hacıyevaya vəzifə verilib. Sənətçi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru təyin edilib.

Bu barədə Publika.az-a danışan xalq artisti bildirib ki, uşaqlarla işləmək ən böyük arzusu olub.

"İstəyərdim ki, bütün uşaqlarımız ali təhsilli və yüksək zövqə malik olsunlar. Eyni zamanda musiqi savadları olsun. Bütün öz təcrübəmi onlarla paylaşacam. Tələbələrim çoxdur, onların bir neçəsi artıq dünya səhnələrində çıxış edir, bundan sonra isə tələbələrim lap çox olacaq", - deyə H.Hacıyeva qeyd edib.