"Nadir, Roza, Sevda, Nüşabə hansı üzlə sənətdən danışır?"

Mədəniyyət

417

"Nadir, Roza, Sevda, Nüşabə hansı üzlə sənətdən danışır?"Müğənni Afət Fərmanqızı "Səhər-səhər" verilişində bir neçə sənət adamını tənqid edib.
Axşam.az-ın məlumatına görə, tez-tez ona hədiyyə edilən gül dəstələrini paylaşan sənətçi bildirib ki, bu, dostlarının hədiyyəsidir:

"Mənə bir il sonraya "toy yazdıran" dostlarım var. Onlar üçün gül göndərmək nədir ki... İmkanları var, göndərirlər. Nadir Qafarzadə, Sevda Sanəliyeva, Roza Zərgərli, Nüşəbə Ələsgərli mənə haqsızlıq edir. Hansı ki, özləri məndən artıq oxumur. Onlar da "Şahnaz" muğamı oxuya bilmir, mən də... Onlar da "Qatar" oxuya bilmir, mən də. Nə üzlə sənətdən danışırlar? Sənətdən sənətkar danışsın.

Dostlarım da baxıb gördülər ki, Afətin üstünə çox gəlirlər, başladılar mənə güllər göndərməyə. Onlar da düşünürlər ki, Afətə gül gəlir, görəsən, kimdir bu? Nəyə görə ona gül gəlməlidir? Ürəkləri partlayır, xaindilər axı... Onları yandırmaq üçün yenə də güllər gələcək".

Qeyd edək ki, Afət ARB kanalında qadağada idi. O, uzun müddətdən sonra yenidən telekanalın qonağı olub.

Afətlə N.Ələsgərli və S.Sanəliyeva arasında "Sığmazam" qəzəlinə yazılan mahnıya görə qalmaqal yaşanmışdı.