Faiq Ağayev küsülü olduğu Zülfiyyənin adını çəkdi: “Fəxr edirəm”

Mədəniyyət

248

Faiq Ağayev küsülü olduğu Zülfiyyənin adını çəkdi: “Fəxr edirəm”Xalq artisti Faiq Ağayev sosial media hesabında diqqət çəkən status yazıb.
Faiq Ağayev küsülü olduğu Zülfiyyənin adını çəkdi: “Fəxr edirəm”
Axşam.az xəbər verir ki, ifaçı ötən günlərdə baş tutan xalq konsertindən fotolar paylaşıb və həmkarlarını həmin şəklə işarələyib.

Bu zaman onun illərdir küsülü olduğu həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayevanın adını qeyd etməsi də gözdən qaçmayıb.

Faiq paylaşımına “Mənim gözəl, peşəkar, haqqına sevilən həmkarlarım var! Fəxr edirəm sizinlə, əzizlərim!” deyə, yazıb.

Qeyd edək ki, xalq artistləri indiyədək bir neçə tədbirdə yan-yana gəlsələr də, barışığa imza atmayıblar.