Şəbnəm işdən çıxması xəbərini təkzib etdi - Açıqlama

Mədəniyyət

234

Şəbnəm işdən çıxması xəbərini təkzib etdi - Açıqlama12:49

Aktrisa Şəbnəm Cəbrayılova və rejissor assistenti Tural Xəlilzadənin məhz imzatoplama kampaniyasında iştirak etmədikləri üçün işdən çıxmaları barədə yazılanlar əsassızdır.

Bu sözləri Kult.az-a İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev sözügedən teatr əməkdaşlarının imzatoplama kampaniyasında iştirak etməkdən boyun qaçırdıqları üçün işdən çıxmaları haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Rejissor assistenti Tural Xəlilzadə isə saytımıza açıqlamasında işdən çıxmasını təsdiqləsə də, o da səbəbin imzatoplama kampaniyasına aid olmadığını bildirib:

“İşdən öz ərizəmlə çıxmışam və ayrılmağımın səbəbi hər hansı kampaniyada iştirak etməməyim deyil. Mətbuatda adımdan yayılan məlumatlardan xəbərsizəm”.

Teatrın aktrisası Şəbnəm Cəbrayılova isə bildirib ki, işdən çıxması haqda yazılanlar həqiqəti əks etdirmir:

“Mən hazırda teatrda çalışıram, işdən çıxmamışam. Sözügedən kampaniya da bizim teatrda keçirilmir”.

Qeyd edək ki, Ölkə.az rejissor assistenti Tural Xəlilzadə və aktrisa Şəbnəm Cəbrayılovanın tutduqları vəzifədən teatrın direktoru İftixar Piriyevin işdən çıxardığı aktyorlarla bağlı keçirdiyi imzatoplama kampaniyasında iştirak etməkdən boyun qaçırdıqları üçün azad edildiklərini yazıb.