"Gözəl xanımlara Musa, yaraşıqlı bəylərə mən baxıram" - Təranə

Mədəniyyət

240

"Gözəl xanımlara Musa, yaraşıqlı bəylərə mən baxıram" - Təranə"Onun internetdən ümumiyyətlə başı çıxmır. Biz hər dəqiqə bir yerdəyik. Əgər “whatsapp” olmasa da kiməsə zəng etmək istəyəcəksə edəcək".


Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Təranə Qumral ARB TV-nin “Show news” verilişinə açıqlamasında deyib. Təranə “WhatsApp”da ən çox və ən son kim ilə danışmısız” sualını cavablandırıb.

O, əri Musa Musayevi qısqanmadığını və onun istədiyi pərəstişkarı ilə danışmasına imkan verdiyini söyləyib:

“Fanat olanda nə olar ki? Musa müəllimi sevən xanımlar çoxdur. Mən heç bir söz demirəm. Çünki xalqın sənətkarıdır, xalqa məxsusdur. Qısqanc və paxıl adam deyiləm. Niyə baxmasın ki? Gözəllik yaranıb baxmaq üçün. Gözəl xanımlara o, yaraşıqlı bəylərə də mən baxıram”.