Məşhur aktyoru Moskvada döydülər » Conflict.az

Məşhur aktyoru Moskvada döydülər

Mədəniyyət

125

Məşhur aktyoru Moskvada döydülərMoskvaya gələn fransız aktyor Sami Naserinin başına iş gəlib.

Axşam.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, "Taksi" filminin ulduzu qardaşı ilə birlikdə Moskavada gecə klubuna yollanıb.

Sami və Bibi klubda spirtli içki içiblər, çox səs-küy salmağa başlayıblar. Onların bu hərəkəti yan masada oturan belarusun xoşuna gəlməyib. Onlardan biri aktyora yaxınlaşaraq, səssiz olmasını istəyib. Sami isə cavabında onu təhqir edib. Beləcə, onlar arasında dava başlayıb.

Döyülən Naseri xəsarət alıb və həkimə müraciət edib. Məsələyə polis də qarışıb.