Azərbaycanlı musiqiçi vəfat etdi » Conflict.az

Azərbaycanlı musiqiçi vəfat etdi

Mədəniyyət

158

Azərbaycanlı musiqiçi vəfat etdiAzərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) Təbrizin "Alinəsəb" Xəstəxanasında vəfat edib.

Conflict.az report-a istinadən xəbər verir ki, o, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə olunurdu.

H.Azərbaycan bu gün Təbrizin "Vadi Rəhmət" məzarlığında dəfn ediləcək.

Qeyd edək ki, Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona "Həsən Azərbaycan" ləqəbi verib.

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

H.Dəmirçi Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən "Muğam: öyrəncilər üçün" kitabın müəllifidir.

Allah rəhmət eləsin!