Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün tamaşa ilə çıxış etdi

Mədəniyyət

481

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün  tamaşa ilə çıxış etdi
Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutdu. Tamaşa çox maraqla qarşılandı.
Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün  tamaşa ilə çıxış etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün  tamaşa ilə çıxış etdi
Conflict.az