"Damlanı yox, Toliki məhkəməyə verəcəm..." - Elzadan qalmaqallı sözlər

Mədəniyyət

327

"Damlanı yox, Toliki məhkəməyə verəcəm..." - Elzadan qalmaqallı sözlər“Deyirlər Damlanı və köməkçisini məhkəməyə vermişəm. Xeyr, mən onları yox, Toliki məhkəməyə verəcəm. Verilişində mənim adımdan yalan sözlər danışıb”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. Müğənni prodüser-aparıcı Tarix Əliyevin Damlanı müdafiə etməsinə əsəbiləşib. Seyidcahan bildirib ki, “Hər şey daxil” verilişində onun adından yanlış sözlər işlədilib:

“Guya mən Damlanı evimə çağırıb, ona bəstə vermək istəmişəm. Yalan sözlərdir. Damla qalıb kənarda, bu düşüb ortaya cavab verir. Mənim adımdan Tolik, nə ixtiyarla bilmədiyin şeyləri verilişində deyirsən? Aparıcısan otur özündən, başqa şeylərdən danış. Verilişə reytinq gətirmək istəyir deyə, hər səhər müzakirəsinə Elza ilə başlayır. Qəti narazılığımı bildirirəm, əsilsiz, sübutsuz informasiya yayır. Adımdan çəkinmədən elan verirsən, arxasında dura biləcəksən? Kimin buynuzu qaşınır gəlib Elza Seyidcahana sürtür. Damla Seyidcahan arasında münasibəti özləri bilərlər. Tolik kimilərin ortada qalmaları özlərinə pislik etmələridir.
"Damlanı yox, Toliki məhkəməyə verəcəm..." - Elzadan qalmaqallı sözlər
“ATV maqazin onlarla” verilişində mənə müğənniləri göstərdilər, peşəkar musiqiçi kimi onları müzakirə etdim. Verilişinə reytinq qazanmaq istəyirsə, mənim adımı çəkməlidir? Mənim əsərlərim haqqında deyirlər ki, Elza bundan sonra yazmasa da bəsdir”.

E.Seyidcahan heç kimi yalandan tərifləməyəcəyini söyləyib:

“Tolik kimi kimisə puluna görə tərifləməyəcəm, onları uçuruma aparmayacam. Mən də istəyirəm ki, onlar sənətdə ömürlük qalsınlar. Orada Damla haqqında başqa sözlər də demişəm, amma montaj edilir. Tolik hər zaman efirinə çağırıb, hörmətlə getmişəm, reytinqini qaldırmışam. Mənim sənlə nə işim ola bilər, ay Tolik? Verilişdə özünə sərf edənləri otuzdurub, məni tənqid edirsiniz.