“Məleykə Əsədovanın ürəyində ciddi problem var”

Mədəniyyət

184

“Məleykə Əsədovanın ürəyində ciddi problem var”“Məleykə Əsədova ürəyindən əziyyət çəkir. Ürəyində ciddi problem var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. O bildirib ki, xalq artisti Məleykə Əsədovanın ürəyində problem var.

Proqramda qonaq olan aktrisa hətta həkimin ona dəfələrlə qadağa qoyduğunu söyləyib:

“Biz sənət fədayiləriyik. Bir insan öz taleyini güclə yaşıyır. Biz isə səhnədə nə qədər insan taleyi yaşayırıq. Mənim obrazlarım da çətindir. Həkim dəfələrlə deyir ki, sənə ağır rollar olmaz, oynama”.