"Space"-ə xəbərdarlıq: şou verilişlər azaldılacaq

Mədəniyyət

134

"Space"-ə xəbərdarlıq: şou verilişlər azaldılacaq Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda "Space" Müstəqil Tele-radio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.
İclasda "Space Müstəqil Tele-radio Şirkəti" rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol vermiş işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilib, "Space" televiziyasında 2015-ci il sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınıb.
Eyni zamanda "Space" televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14:30-da efirə gedən "Günaydın" verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi, 3 iyul 2015-ci il tarixdə saat 11:00-da efirə gedən "Əsl şou" verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda, 11 may, 12 may, 13 may, 14 may, 15 may, 3 iyun, 8 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 3 iyul, 5 iyul, 6 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin tələblərinin ("Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə "Space Müstəqil Tele-radio Şirkəti"nə xəbərdarlıq elan edilib.