Günel məşhur müğənni ilə eyni səhnəni bölüşəcək

Mədəniyyət

106

Günel məşhur müğənni ilə eyni səhnəni bölüşəcəkTürkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Moskvada konsert verəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi gecədə səhnəni Yusuf Güneylə bölüşəcək.

“Respublika günü” münasibətilə keçirilən konsert mayın 26-da baş tutacaq. Yusuf və Günel “Vegas City Hall”da sevilən mahnılarını səsləndirəcək.

Tədbirin aparıcılığını Cavid Gül edəcək.