"Mənə əsəbiləşmək olmaz, coşuram" - Nüşabə

Mədəniyyət

33

"Mənə əsəbiləşmək olmaz, coşuram" - Nüşabə“ARB Ulduz”un “Virtual Həyat” verlişinin qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Axşam.az-ın məlumatına görə, müğənni özünə çox fikir vermədiyini deyib:

“İnsanın nigaran, gözünün arxada qaldığı məqamlar var. Gec-tez hər kəs öləcək. Hətta mənim anam dünyasını dəyişməmişdən öncə kövrəlib ağlayırdı. Soruşdum ki, ana, niyə ağlayırsan, ölümdən qorxursan? Cavab verdi ki, yox, balalarım yetim qalacaq. Mənim anam da özünü düşünmürdü, bizi düşünürdü.

Jurnalistlər sual verirlər mənə. Onlara cavab verirəm, deyirlər ki, bu da öldü özünü reklam eləməkdən. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, nə siz sual verin bu barədə, nə də mən cavab verim. Çünki sual qalır bir tərəfdə, hamı cavabı müzakirə etməyə başlayır. Mənə əsəbiləşmək olmaz. Çılğınam, coşuram. İstəmirəm ki, tamaşaçı məni o vəziyyətdə görsün”.