Röya ilə əkizlər arasında nə baş verir? - qalmaqal

Mədəniyyət

436

Röya ilə əkizlər arasında nə baş verir? - qalmaqalMüğənnilər Sevil və Sevinc Səfərovanın uzun müddət dost olduqları prodüser Tarix Əliyevlə (Tolik) küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb isə əməkdar artist Röya Ayxan olub. Tolikin Röyanı verilişə çağırmasına əkizlər əsəbiləşib.

Bu haqda Tolik "Hər şey daxil" verilişində deyib. O, müğənniləri qeyri-səmimilikdə ittiham edib:

“Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Üç gün bundan əvvəl Röyanın mahnısını oxuyub, paylaşıb, onu işarələmisiniz. Bu, nə qədər səmimidir? Məni sosial şəbəkədə Röyaya görə izləmədən siliblər. Dünyanı itirmədim, sizin 1,4 milyon izləyicinizdən mənə xeyir gəlmirdi. Özünüzü Röya ilə bir tumanız səmimidir? Röya bu qədər işlər görüb, konsertlər verib. Siz hələ bir böyük məkanda konsert verməmisiniz. Bir dəfə Moskvada mənim vaxtımda konsert vermisiniz. Məni ittiham edirsən ki, mənim əvəzimə efirə Röyanı çağırırsan, sonra onun mahnısını paylaşırsan”.

Qeyd edək ki, Röya ilə əkizlər arasında küsülülk ötən ildən başlayıb. Hər iki tərəf aralarındakı qalmaqalın səbəbini gizli saxlayır.