Eyyub Yaqubov "saçlı oğlanları" ələ salacaq

Mədəniyyət

53

Yay istirahətindən qayıdan şou əhlinin başı yaradıcılıq işlərinə qarışıb.Payız yında sevənlərinin qarşısına yenilinklərə çıxacaq növbəti sənətçi Eyyub Yaqubovdur.Yenilik isə ondan ibarətdir ki çox vaxt lirik mahnılara klip çəkdirən Eyyub Yaqubov bundan sonra ritmik mahnılar üzərində işləyəcək. Kliplərindən birini "Həyat sevgisi" adlı mahnısına ç
əkdirəcəyini söyləyən müğənni bunun üçün rejissor Elxan Cəfərova müraciət edəcək. Mahnının sözləri Mikayıl Müşfiqə musiqisi isə Elçin İmanova məxsusdur. Digər klip isə "Kişidir bu " adlı ritmik mahnıya mahnıya çəkiləcək.Mahnının bəstəkarı Elçin İmanovdur Müğənninin prodüserindən öyrənildi ki, klip satirik üslubda olacaq:"Şəhərdə qeyri-adi geyimdə gəzən saçlı oğlanların sayı günü-gündən artır. Oğlanlar arasında avropalaşma gedir.Elə bu klip də həmin oğlanlara həsr ediləcək" Digər yeniliklərə gəldikdə isə müğənni mart ayında verəcəyi solo konsertinə hazırlaşır.Eyni zamanda Eyyub Yaqubov yeni albom üzərində işləyir.Yanvar ayında hazır olacaq yer alan mahnıların bir qismi Elçin İmanova məxsusdur.