Azərbaycan incəsənətində ağır itki

Mədəniyyət

220

Azərbaycan incəsənətində ağır itki Gəncənin ilk elmi dərəcəli sənətşünas alimi, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf İsmayılzadə 79 yaşında vəfat edib. Conflict.az Kəpəz TV-yə istinadən bildirir ki, dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə bölməsinin nümayəndələri ilə yanaşı şəhər ictimaiyyəti və ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Rauf İsmayılzadə 40 il ərzində pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. O, 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir.
Conflict.az