İRADƏ İBRAHİMOVA

Mədəniyyət

117

İRADƏ İBRAHİMOVAİradə xanım, nə kimi yenilikləriniz var?
Yeni albomun repertuarı da, fotosessiyası da artıq hazırdır. Sadecə, albomu çapa göndərmək lazımdır ki, işıq üzü görsün,
Yəqin, albomun adını klipi ilə uğur qazanmış "Son qərar" mahnısından götürəcəksiniz...
Əslində, iki mahnı arasında qalmışıq. Albomun adını ya "Son qərar", ya da 2008-ci ildə hitə çevrilmiş "Neylərəm" mahnısından götürəcəyik.
"Son qərar"ı stilistə həvalə etməklə risk etməkdən qorxmadınız?
Syamanın zövqünə bələd olduğumdan ona inanırdım. Bu o demək deyil ki, rejissorlarımızdan üz çevirmişəm. Sadecə nə isə fərqli bir şey istəyirdim. İstədiyimiz alındı. İradə axır ki, yetkin qadın obrazında göründü.
"Ulduza yaxın" layihəsinə köhnə kadrları təqdimetməklə sənətə təsadüfən gəlmədiyinizi sübut etdiniz. Bəs nəyə görə məhz indi?
İndiyə qədər bu kadrları üzə çıxarmaq üçün elə bir layihəolmamışdı. Bu veriliş mənə imkan verdi ki, arxivimdə olan kadrlarla sənətə təsadüfən küçədən gəlmədiyimi sübut edim. Mən müğənni olmağı evdə oturub birdən ağlıma gətirməmişəm. 1995-ci ildən, "7-17" müsabiqəsində iştirak etdiyim andan səhnədəyəm.
Artıq bir qrup tamaşaçı şəxsi həyatı, problemləri ilə efirə çıxan sənətçilərdən bezib, Siz də bu barədə danışmağı sevməyən sənətçisiniz. Sizcə, İradə həmin o tamaşaçının dinlədiyi müğənnidir?
100% bilirəm ki, tamaşaçım mənim şəxsi həyatımla maraqlanmır. Tamaşaçıların arasında elə düşünənlər də var ki, "axı mənim nəyimə lazım, kim kimi vurdu, kim neçə dəfə ərə getdi, filankəs kimdən və niyə doğdu, yaxud niyə doğmadı7!". Bax mən həmin o tamaşaçının müğənnisiyəm. Ola bilər, məni sıradan bir müğənni kimi dinləyib şəxsi həyatımla maraqlanan insanlar olsun. Amma mən çalışıram ki, ətrafımda yalnız sənətimlə maraqlananlar olsunlar.
Yeri gəldi-gəlmədi şəxsi həyatı ilə bağlı xırda bir nüansı sensasiya kimi açıqlayanlar barədə nə düşünürsünüz?
Bu cür söhbətlərlə gündəmə gəlmək şou-biznesin bir qoludur. Bu, dünyada qəbul olunmuş bir şeydir. Təkcə şou-biznes adamları deyil, siyasətçilər, iş adamları arasında da belələri var. Mə nim buna heç bir etirazım yoxdur. Sadecə, iç dünyam bunu qəbul etmir. Bakı balaca şəhərdir, toyum olacaqsa, hamı xəbər tutacaq. Ailə həyatı qurduqdan sonra ekran qarşısında əyləşən tamaşaçı İradədə o dəyişiklikliyi onsuz da hiss edəcək.
Deməzdim nəzərə çarpan dərəcədə hiss olunacaq. Axı İradə nə davranışında, nə də geyimində açıq-saçıqlığa yol verməyib.
Ağırlıq, ciddilik mənim xasiyyətimdir. Ailə quranda xasiyyət dəyişmir ki... Mən indi hər bir addımımda atamı, əmimi, dayımı düşünürəmsə, ailə qurandan sonra da həyat yoldaşımı düşünməliyəm. İnşallah ana olarkən dəyişməyi nəzərdə tuturam.İradə İbrahimova İki uşaq anasıdır. Onun bir zamanlar Anspressin istehsal etdiyi jurnallardan birinə verdiyi müsabihəni sizə təqdim etdik.
Conflict.az