Sizin reklam burada
Sizin reklam burada

Elnarə Xəlilovadan nostalji...

Elnarə Xəlilovadan nostalji...
Müğənni Elnarə Xəlilova "Ayrıldıq" mahnısının akustik versiyasını və ona çəkilən yeni klipini təqdim edib. Musiqisi Elvin Musayev, sözləri Nadoya məxsus olan musiqi parçasına rejissor Nail Naiboğlu quruluş verib.

Ekran işinin operatoru Nicat Alışov, dron Bəhruz Həsənov, işıq Fuad Xələfov, montaj Station.az, rejissor assistenti Rauf Cavadovdur. Elnarənin stili üzərində Sura və Könül çalışıb.

EL Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə ərsəyə gələn "Ayrıldıq" klipinin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb.

Klipə bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=yvTQaa_Ao7I

Conflict.az

  • Sosial şəbəkədə paylaş