“Müğənnilər açıq-saçıq geyinib efiri bazara çevirir”

Mədəniyyət

1 543

“Müğənnilər açıq-saçıq geyinib efiri bazara çevirir”
“Müğənnilərin xətrini çox istəyirəm, onların aralarında dostlarım, çox böyük sənətkarlarımız var”.

Bu sözləri jurnalist Telli Pənahqızı AzTV-də yayımlanan “Çıxışa doğru” proqramında deyib.

O, ifaçıların aparıcılıq etməsinə belə münasibət bildirib:

“Müğənnilər jurnalist deyillər, nitq qabiliyyətinə malik insan deyillər. Bir vaxtlar çoxlu müğənnilər var idi. Əllərində mikrofon veriliş aparırlar. Bu adam cümlə qurmağı bacarmır. Onun ora dəvət etdiyi insanlar da özlərinin səviyyəsindədir. Onlar nəylə camaatı cəlb etmək istəyirlər? Açıq-saçıq geyimləri, bayağı danışıqları ilə, efirdə bir-birinə atmaca atmaqla, özünən yaşlını təhqir etməklə… Bunlar bazara çevirilir. İndi yavaş-yavaş yığışılır”.

Conflict.az