Kəmaləddin Heydərovun gömrük inhisarçılığına son qoyulur? – “FÖVQƏLNAZİR” HAQDA ŞOK İDDİALAR

Gündəm / Cəmiyyət

145

 Kəmaləddin Heydərovun gömrük inhisarçılığına son qoyulur? – “FÖVQƏLNAZİR” HAQDA ŞOK İDDİALARDəyərli oxucular! Hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlirik. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız

Beləlkilə, 18-23 sentyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Fövqəlada hallar naziri Kəmaləddin Heydərov

“Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir”, “KƏMALƏDDİN HEYDƏROV PARADDA NİYƏ İŞTİRAK ETMƏYİB? – “Cənab nazir hazırda işdədir…””, “Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi REAKSİYA”, “Kəmaləddin Heydərovun kadrlarının “budanması” başlanıb”, ““Grafika”nın rəhbəri Kəmaləddin Heydərovun gömrük inhisarını faş etdi – Video”, “Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ”, “Kəmaləddin Heydərov parad günü harada imiş?” başlıqlı 7 məqalə ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavdi Qurbanov “Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər”, “Cavid Qurbanov ad gününü belə qeyd etdi:

Qatar tort, sürpriz parti... (VİDEO)”, “Cavid Qurbanovdan Prezidentə şikayət - İş adamından müraciət”, “Cavid Qurbanovun adından iş adamlarına təzyiq edilir- Keşlə stansiyası sahibkarların üzünə niyə bağlanıb?” başlıqlı 4 məqalənin 15 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Orta məktəbdə Aşura tədbiri – Mingəçevir şəhər məktəbi mollaxanaya çevrilib?..”, “"Məktəbdə dini tədbirin olacağını bilirdik" - Təhsil şöbəsinin müdiri”, “Orta məktəbdə Aşura tədbiri... - Və yaxud Təhsil Nazirliyinin Ağsudan xəbəri var?”, “Nazir: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir””, “Ceyhun Bayramov bundan xəbər tutsa... - Ağsu təhsilində biabırçılıq” başlıqlı 5 məqalənin 7 elektron KİV-də yayılması ilə təhsil naziri Ceyhun Bayramov tutur.

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Şahid deputat oğlunun şərikinin böyük yalanını üzə çıxardı – MƏHKƏMƏ”, “Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər ifadə verib”, “Deputat oğluna pul “atmaqda” təqsirləndirilən şəxsin məhkəməsi oldu”, ““Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə”, “”Deputat bizi həbs etdirmək istəyir”” başlıqlı 5 məqalənin 12 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Əsabil Qasımov “Əsabil Qasımov cinayət məsuliyyəti ittihamı ilə üz-üzə- Deputat millətə nə yedirir?”, “Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə tutur.

Elektron mətbuatda ən çox ad hallanan Milli Məclisin deputatları siyahısında 3-cü yeri ““Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?”, “Hacı Mazan jurnalistlərdən ÜZR İSTƏDİ: - "Peşmanam"” başlıqlı 2 məqalənin 2 elektron KİV-də yayılması ilə Hacı Mazan tutur.(Muxalifet.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Conflict.az