"Messenat” holdinqin rəhbərinin əmisi oğlu həbs edildi – 1 600 000 manat...

Gündəm / Cəmiyyət / Bölgə / Kriminal

555

"Messenat” holdinqin rəhbərinin əmisi oğlu həbs edildi – 1 600 000 manat... Bir müddət öncə qum-çınqıl karxanalarının törətdiyi fəsadın nəticəsi olaraq, Göyçay rayonunda, dövlətə külli miqdarda dəymiş ziyanla müşayət olunmaqla, körpünün uçmasından sonra aidiyyatı qurumlar bu istiqamətdə nəzarətlərini daha da gücləndirdilər. Düzdür hələ də bəzi rayonlarda qum-çınqıl karxanalarının rəhbələrinin özbaşınalıqları davam edir. Lakin...
Ötən gün İmişlidəki mənbədən Confllict.az-a daxil olan məlumatda bildirilir ki, əslən bu rayondan olan iş adamı, "Messenat” holdinqin rəhbəri Tofiq İsayevin əmisi oğlu, qum – çınqıl karxanasının rəhbəri Ağaməli İsayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə haqqında 3 ay həbs-qəti imkan tədbiri seçilib. Mənbənin bildirdiyinə görə Ağaməli İsayev Ekologiya və Təbii Sərvətlər nazirliyinin iddiası əsasında həbs edilib. Məlumatda o da bildirilir ki, nazirliyin iddiasında A.İsayevlə bağlı 1 600 000 min manat cərimə nəzərdə tutulur. Xatırladaq ki, "Messenat” holdinqin rəhbəri Tofiq İsayevin İmişlidə bir neçə obyekti fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə Ağaməli İsayevin rəhbərlik etdiyi qum-çınqıl karxanası da məhz Tofq İsayevə məxsusdur.
Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az