Hesablama Palatası Səlim Müslümovun Zəngilan DSMF-dəki tələbə yoldaşını yoxlayır

Gündəm / Cəmiyyət / Bölgə

403

Hesablama Palatası Səlim Müslümovun Zəngilan DSMF-dəki tələbə yoldaşını yoxlayırSəlim Müslümov nazir kimi tarix olsa da, onun uzun müddət rəhbərlik etdiyi sahəyə yerləşdirdiyi adamlar hələ də vəzifələrinin başında durmağı bacarıblar. Belə şəxslərdən biri də, Zəngilan DSMF-nin rəhbəri Şakir Nuriyevdir. Xatırladaq ki, eks-nazirlə tələbə, hətta otaq yoldaşı olan Şakir Nuriyev haqqında mətbuat zaman-zaman çeşidli məlumatlar dərc edib. Lakin bu məlumatlar DSMF sədrinin iş prinsipinə qəti mane ola bilməyib. Etibarlı mənbədən Conflict.az-a daxil olan məlumata görə artıq bir neçə gündür ki, Hesablama Palatası Səlim Müslümovun tələbə yoldaşının rəhbərlik etdiyi qurumda ciddi yoxlamalara başlayıb. Mənbə əlavə olaraq qeyd etdi ki, Şakir Nuriyev işdə özünü təmkinli aparsa da, cddi narahatdır.
Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az