RƏQİBLƏRİNİN TƏQDİM ETDİYİ ADAM VƏ YA TANRI ƏDALƏTİNİN TƏCƏSSÜMÜ

Gündəm / Siyasət

289

RƏQİBLƏRİNİN TƏQDİM ETDİYİ ADAM VƏ YA TANRI ƏDALƏTİNİN TƏCƏSSÜMÜ Konfutsi deyirdi ki, “Balaca adamların kölgəsi böyüyürsə, deməli o məmləkətdə Günəş batır”. Obrazlı ifadə edilmiş fikir özlüyündə bir çox mətləbləri ehtiva edir. Burada filosof kiçikliyi bioloji ölçü olaraq götürmür. Məqsəd mahiyyətin təqdimatıdır.
Yaradan obrazlı Tanrı Günəş batan məmləktlərdən ədalətini heç vaxt əsirgəmir. Ola bilsin ki, insan Tanrı ədalətini zamnında dərk etmir. Lakin...
Lakin bir toplumun zor günlərində YARADILIŞI LİDER OLANLARın önə çıxması, Tanrı ədalətinin təcəssümüdür. Yaradılışı lider olanlar TOPLUM MÜRŞİDLƏRİdirlər. Toplum mürşüdləri əldən tutub yol göstərərlər. Əslində bu fikirdə Konfutsinin fikri kimi məcaz anlamındadır. Bəzən karvan arxasından nal toplayanlar, karvanın önündəki söz sahibini dərk edə bilməzlər. İqbal Ağazadə YARADILIŞI LİDER OLANLARDANDIR. İqbal Ağazadə TOPLUM MÜRŞİDİDİR. İqbal Ağazadə GERÇƏK KİMLİYİ OLAN ŞƏXSİYYƏTDİR.
Liderin reytinqi sabit olmur. Daim hərəkətli, deformasiyalıdır. Lakin İqbal Ağazadə müasir siyasət tarixinin müxtəlif dönəmlərində ziq-zaqlı həyat yaşamağa məhkum edilsədə, reytinqi hər zaman düz xətt üzrə hərəkətdə olub. O siyasi mübarizəsinin bəzi məqamlarında azadlığın zindanını, zindanın azadlığına dəyişməyi belə bacardı. Yalançı ittihamlar oksigen balonu olanların zaman-zaman lüzumsuz hücumlarına məruz qaldı. Lakin incimədi. Zor durumda qalan, ona sarı koşdu. Bezmədi. Ayarı pozulmuşları belə kənara itələmədi. Möhür kimdədirsə, Süleymanda odur fəlsəfəsinə tabe olmadı. O yanlış idarə edənlərə müxalif olsada, doğrunu göstərməyi özünə borc bildi. Zatən Toplum Mürşüdləri şəxsin yanlışin içində olarkən doğrunu görməyinin mümkünsüz olduğunu bilirlər. Və Toplum Mürşidləri onu da bilirlər ki, Tanrı bataqlığı insan yaşaması üçün qərar verməyib.
İqbal Ağazadə SEÇİLMİŞDİR. O bəsirətin təfəkkürə bağlı olduğunu bilir. Yola çıxdıqlarıyla, yolda qarşılaşdıqlarını bir çətir altına toplamağı, hamının, hər kəsin dəyərini verməyi bacarır. Siyasətçinin məharəti görünməyəni görməsə belə düzgün ehtimal etməyindədir. O, PEŞƏKARDIR. Gerçəyin görünənin arxasında olduğunu bilir. O, hamını, hər kəsi yanlışdan dönməyə səsləyir. O, heç vaxt kimsədən təbiətinə uyğun olmayan təbiət gözləmir. O, HƏR AN OXUMAĞA MƏHKUM OLDUĞUN KİTABDIR. Oxucusunu zirvələrə qaldıran kitab.
Onun həyatı həmişə düz xətt üzrə hərəkətli olmayıb. Gəncliyini Qarabağda, döyüşdə keçirib. Lakin heç zaman müharibə adamı olmayıb. Onda Mahatma Qandi obrazı var. Adam varlığı ilə mübarizdir. Lakin bütün inqilabları rədd edir. İnqilabların sonu itkidir, qandır deyir. Əgər Qandı lideri olduğu topluma ingilis duzundan imtinanı məsləhət görürdüsə, İqbal Ağazadə real durumu öz şəxsi həyatlarında idrak etməni tövsiyyə edir. Ağın ən gözəl fərq edildiyi yer qaradır.
O, ədəb və sayqı kurallarından heç zaman vaz keçmədi. Yanlış idarə edənlərin zəiflərindən istifadəni mübarizə metodu etmədi. Korenko deyirdi ki: Fikir müxtəlif ola bilər, həqiqət isə birdir. İqbal Ağazadə həmin HƏQİQƏTİN VARLIĞINI BİLƏN LİDERDİR. “Əgər bir alim görsə ki, bidət baş alıb gedir və dinmirsə, yeri cəhənnəmdir” – deyirdi, İmam Cəfəri Sadiq (ə). İqbal Ağazadə həqiqəti cəsarətlə söyləyən FİKİR BABASIDIR.
İqbal Ağazadə ilə rəqabət aparamaq cürətini özünə rəva bilən hər kəs istəmədən, arzu etmədən belə Onu cəmiyyətə təqdim edir. Heç bir rəqibi nə vaxtsa, hər hansı siyasi situatsiyada belə onun önünə keçməyi bacarmadı. Əksinə, rəqibləri düşünmədən Onun piar-menecerləri oldular. Zatən həqiqəti söylənləri ucaldan Haqqdır.
O fürsətçil deyil. Toplumdakı gərginliyi bir nöqtəyə daşımağı fürsətçillik hesab edir. Bəzən ayaq tozu olmaq şansları belə olmayanlar Onu bu davranışlarından dolayı müzakirə edirlər. Lakin O, üsyan etmir. Hissləri olmayan makina sayaqlılara belə səbrlə nəyisə izah etməkdən usanmır.
Qəribədir həmişə ona hücum edənlərin əksəriyyəti siyasi alətlər olurlar. Həvəskar ustanın hazırladığı alətlər. İqbal Ağazadə gözəl bilir ki, çayxana aşığının ölkə mədəniyyətindəki rolu qədər rolları var həmin tiplərin. Süslənməyi sevən xanımlar kimi makiyajla gəzənlər günahlarının miqyaslarına baxmırlar. Mövlanə deyirdi ki, “Ədəbli ədəbindən susar. Ədəbsiz mən susdurdum deyər.”
İqbal Ağazadə EŞQ ADAMIDIR. O milətinə sevdalıdır. İqbal Ağazadə ƏR KİŞİDİR. Çoxları millətin Ona verdiyi meydanda atlarını səyritməyə cəhd ediblər. Lakin unudublar ki, Ər Kişilərin meydanında qarğı at səyridənlərə elə millətin özü gülür. İqbal Ağazadə səmimyyətin özüdür. Bir kimsəyə sən mənim mühatabım deyilsən söyləməz. Qarşısındakının günahlarının böyüklüyünə və ya kiçikliyinə baxmaz. O mənəvi zəngillikdən formalaşmış dağdır. Zirvəsi buludları belə keçən dağ. Zaman-zaman çapı məlum olmayanların ondan üstə çımağa çalışdıqları dağ. Bu onu narahat etməyib. Zatən ən mahir alpinistin belə istifadə etdiklərindən istifadə edərək Zirvə fəth etməyə çalışanlar unudurlar ki, Ucalıq Tanrıdan sonra Onun seçdiklərinin məkanlarıdır. Bir dağa bir sərçə qonsa, dağ nə qazanır, bir dağdan bir sərçə uçsa dağ nə itirir?
Aqillər “ heç vaxt şübhə etməyin ki, düşünən adamlardan təşkil olunmuş kiçik bir qrup belə dünyanı dəyişə bilər.” – deyiblər. İqbal Ağazadə yalnız siyasi lider deyil. O müasir Azərbaycanda SİYASƏTİN LİDERİDİR. Makedoniyalı İsgəndər deyirdi ki, “ən böyük məhəbbətə o adam layiqdir ki, qüdrətli olduğu halda qorxu yaratmır.” İqbal Ağazadə MƏQAMI BƏLLİ OLAN LİDERDİR. Əlçatandır. Bəzən ölkənin ən sadə insanının belə əli çatdığı məqam sahibidir. “Əqlin səsi gur deyil, lakin inadkardır, eşidilməyənəcən susmaz.” – söyləyirdi Freyd. İqbal Ağazadə ağılı, düşünmək imkanı olan toplumun gur səsidir. O siyasi mübarizəsinin bütün məqamlarında hamının, hər kəsin eştməyə məhkum olduğu SƏSDİR. Havadan asılıb qalmayan, ruha hopan səs.
Afinalı Perikli deyirdi ki,”Çox az adam siyasətçi olmaq iqtidarındadır, lakin siyasətçinin əməllərini qiymətləndirməyə hamının haqqı var.” İqbal Ağazadə haqqında yazmağın məsuliyyətini dərk edərək ruhumdan gələnləri qələmə aldım. Lakin doğru yorum yapmaq üçün doğru bilgin olmalıdır prinsipini də unutmadım. Mən toplumun fərdiyəm. O isə Toplum Mürşidi. Fikir və düşüncələrini toplumun ruhuna köçürən MÜRŞÜD.

Hacı Bakir Həsənbəyli
Conflict.az saytının Baş redaktoru