Xaçmazda kafenin qarşısında qətl törədən cəzalandırıldı

Kriminal

389

Xaçmazda kafenin qarşısında qətl törədən cəzalandırıldıXaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Nazim Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nazim Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi bu il yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında baş verib.

Həmin ərazidə Nazim Həsənov Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirib.

Rayon polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.