Anasına görə "ASAN"ın işçisini bıçaqladı - MƏHKƏMƏ

Kriminal

135

Anasına görə "ASAN"ın işçisini bıçaqladı - MƏHKƏMƏBakıda namus üstündə tanımadığı şəxsi bıçaqlamqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Nizami Qardaşov ( ad soyad şərtidir) cinayət işi üzrə məhkəmə başlayıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə prokuror ittiham aktını élan edib.

N. Qardaşov özünü təqsirli bilib və əməlindən peşmandır.

N. Qardaşov bildirib ki, zərərçəkəni namus üstündə bıçaqlayıb. "Anamın son vaxtlar telefonda çox danışdığını gördüm. Şübhələnirdim. Səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə deyirdi. Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda ASAN Xidmətin arxasında görüşdük. O ASAN-da işləyirdi. Mən ona bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum.. Məqsədim onu qorxutmaq idi”.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev qeyd edib ki, N. Qardaşovun anası ilə münasibəti olmayıb.

"Mən ASAN Xidmətdə işləyirəm. Bir neçə dəfə sənəd işi ilə bağlı müraciət edib. Bundan sonra da əlaqələrimiz sırf işlə bağlı olub"

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, hadisə bu il Sumqayıtda "Asan Xidmət”in qarşısında baş verib.