Bakıda dəhşət: xəstəxanada arvadının boğazını kəsib öldürdü - YENİLƏNİB

Kriminal

164

Bakıda dəhşət: xəstəxanada arvadının boğazını kəsib öldürdü - YENİLƏNİBBakıda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən tibb bacısı Xavər İbrahimova reanimasiya şöbəsində ölüb.

Bu barədə xəstəxanadan bildirilib.

Faktla bağlı araşdırma davam edir. (apa)


**
10:27

Bakıda ər arvadının boğazını kəsib.

Bakupost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.