Bakıda ər arvadının boğazını kəsdi

Kriminal

158

Bakıda ər arvadının boğazını kəsdiXəstəxanada yaralının vəziyyətinin ağır olduğu bildirilib

Bakıda ər arvadının boğazını kəsib.

Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)