Sizin reklam burada
Sizin reklam burada

Bakıda DƏHŞƏTLİ OLAY: keçmiş arvadının evinə basqın edib sevgilisini öldürdü

Bakıda DƏHŞƏTLİ OLAY: keçmiş arvadının evinə basqın edib sevgilisini öldürdüBakıda daha bir qətl törədilib.

Publika.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Zaur Rzayev bir müddət əvvəl boşandığı həyat yoldaşı 1977-ci il təvəllüdlü Maral Rzayevanın kirayə yaşadığı mənzilə gələrək qadının qeyri-rəsmi nikahda yaşadığı 1982-ci il təvəllüdlü Vasif Əliyevi bıçaqlayaraq öldürüb.

Bildirilir ki, boşansalar da Maral Rzayeva ilə Zaur Rzayev arasındakı münaqişə davam edib. Dünən onlar arasında telefon əlaqəsi zamanı növbəti dəfə münaqişə yaranıb və Zaur məsələni həll etmək üçün keçmiş xanımının yaşadığı evə gəlib. O burada qadının sonradan birgə yaşamağa başladığı Vasif Əliyevlə dalaşıb və ona bıçaqla zərbələr endirib. Hadisə zamanı Maral Rzayeva, onun qızı 1999-cu il təvəllüdlü Samirə Rzayeva və ev sahibəsi Qəmər Nağıyeva da kəsilmiş-deşilmiş xəsarətlər alıb.

V.Əliyev aldığı xəsarətlərdən vəfat edib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Onlardan Maral Rzayevanın vəziyyətinin çox ağır olduğu bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə və iki və daha çox adamı öldürməyə cəhd etmə maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş