Döyə-döyə adam öldürən şəxsə AĞIR CƏZA

Kriminal

80

Döyə-döyə adam öldürən şəxsə AĞIR CƏZADöyə-döyə adam öldürən Nizam Məmmədzadənin məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynov hökmü ilə N.Məmmədzadə 10 il 6 ay azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qaralı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Resrublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.