Sizin reklam burada
Sizin reklam burada

Bakıda həbsxanadan çıxan qardaş 2 bacısını niyə doğradı? - DƏHŞƏTLİ TƏFƏRRÜAT (YENİLƏNDİ)

Bakıda həbsxanadan çıxan qardaş 2 bacısını niyə doğradı? - DƏHŞƏTLİ TƏFƏRRÜAT (YENİLƏNDİ)Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Publika.az xəbər verir ki, Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində 2 bacısını bıçaqlayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bu ilin yanvar ayında həbsxanadan çıxıbmış. O, 2007-ci ildə qətl törətdiyi üçün həbs edilib və 12 illik məhkumluq həyatından sonra 3 ay əvvəl azadlığa çıxıb.

Qətlin baş vermə səbəbinə gəlincə, məlum olub ki, Muxtar Əlimanov bacıları ilə birlikdə ümumi həyətdə yaşayıb. O, son vaxtlar mütəmadi olaraq torpaq-mülk bölgüsü ilə bağlı bacıları ilə mübahisə edirmiş. Nəhayət dünən sərxoş vəziyyətdə olan Muxtar evdə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızı ilə yenidən dalaşıb. Bu zaman bacısına çoxsaylı xəsarət yetirən M.Əlimanovun ürəyi soyumayıb və 2 ədəd şüşə balonla onun sifət nahiyəsinə ağır zərbələr endirib. Hadisə yerində ölən qadının sifəti tanınmaz hala düşüb. Spirtli içkinin təsiri altında qanlı cinayət törətmiş Muxtar Əlimanov daha sonra digər bacısı 1962-ci il təvəllüdlü Məlahət Əlimanovaya da bir neçə bıçaq zərbəsi endirib. 57 yaşlı qadın ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

M.Əlimanov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsində 2 bacı bıçaqlanıb.

Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan qadınlardan biri hadisə yerində ölüb, digərinin vəziyyəti ağırdır.

Qanlı cinayətin bir müddət əvvəl həbsxanadan çıxan həmin qadınların qardaşı tərəfindən törədildiyi məlum olub. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş