Bakıda İNANILMAZ OLAY: fabrikdən 170 minlik toyuq oğurladılar

Kriminal

76

Bakıda İNANILMAZ OLAY: fabrikdən 170 minlik toyuq oğurladılarBakıda fəaliyyət göstərən quşçuluq fabriklərindən birindən 170 min manatlıq toyuq və toyuq məhsulları oğurlanıb.

Conflict.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda şübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.