Əri tərəfindən fahişəliyə məcbur edilən qadınla bağlı – Qərar

Kriminal

270

Əri tərəfindən fahişəliyə məcbur edilən qadınla bağlı – QərarBakının Nərimanov rayonunda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucova barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Vəfa Orucovanın həbs müddəti 1 aya qədər artırılıb.

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.