Sizin reklam burada
Sizin reklam burada

Xaçmazda dəhşətli yanğın: Ata və 6 yaşlı oğlu yanıb öldü

Xaçmazda dəhşətli yanğın: Ata və 6 yaşlı oğlu yanıb öldüXaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf/com-a verilən məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.

Ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Sosial şəbəkədə paylaş