Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandı

Kriminal

179

  Şabranda 32 yaşlı kişi küçədə ölümcül bıçaqlandıŞabran rayonunda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib.

Rayonun Aygünlü kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib.

Lakin ətrafdakıların müdaxiləsi nəticəsində F. Musayevin niyyəti baş tutmayıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayət aləti olan bıçaq götürülüb, F. Musayev şübhəli şəxs qismində tutulub.