Şəmkirdə su nasoslarını oğurlayanlar tutuldu - Foto

Kriminal

138

Şəmkirdə su nasoslarını oğurlayanlar tutuldu - FotoŞəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb.

Saxlanılan şəxslər ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər.

Faktlarla araşdırmalar davam etdirilir.