Sizin reklam burada
Sizin reklam burada

Füzulidə qadını öldürən yeniyetmə tutuldu

Füzulidə qadını öldürən yeniyetmə tutulduPolis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar edilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

  • Sosial şəbəkədə paylaş