7 yaşlı uşağı başından vuran gəncə - 14 il həbs

Kriminal

144

7 yaşlı uşağı başından vuran gəncə - 14 il həbsBakıda 7 yaşlı uşağı öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mövsüm Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xəzər rayonunda Mövsüm Bağırov qonşuluqda yaşayan 7 yaşlı uşağın başına daş çırparaq öldürməyə cəhd edib.

Yaralı uşaq xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb uşağın Mövsüm Bağırovun yanında partladan atması olub.

İstintaq orqanı tərəfindən Mövsüm Bağırovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.