17 il azadlıqdan məhrum edilən tələbədən xəbər var

Kriminal

155

17 il azadlıqdan məhrum edilən tələbədən xəbər varAdam öldürdüyünə görə 17 il iş verilən tələbə Ali Məhkəməyə üz tutub

Nabranda pul üstündə taksi sürücüsünü öldürən, məhkum olunmuş tələbə cəzasının azaldılması üçün Ali Məhkəməyə müracitə edib.

AzNews.az-ın məlumatına görə, məhkəmə prosesi dekabr ayının 25-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən 2015-ci ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

23 avqust 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Məhkəmənin hökmü ilə H.Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. R.Abbaslıya isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.