Qadın alveri edən müğənni azadlıqda – Hökm

Kriminal

269

Qadın alveri edən müğənni azadlıqda – HökmAzərbaycanlı qadınları Türkiyədə fahişəliyə məcbur etməkdə təqdirli bilinən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Təranə Muradovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Təranə Muradovanın ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Onun barəsində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunub.