Pirşağıda CİNAYƏT: 29 yaşlı kişi kürəyindən bıçaqlandı

Kriminal

217

Pirşağıda CİNAYƏT: 29 yaşlı kişi kürəyindən bıçaqlandıBakıda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elnur Əli oğlu 1982-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Samir Vidadi oğlu tərəfindən kürəyindən bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

S.Məmmədov hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayonunun 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.