“Dedim ki, cinsi əlaqədə olmağımızın videosu var” - Sumqayıtda şok olay

Kriminal

146

“Dedim ki, cinsi əlaqədə olmağımızın videosu var” - Sumqayıtda şok olaySumqayıtda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə təqsirli bilinən Ağdam sakini, 1991-ci il təvəllüdlü Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elsevər Məmmədov 25 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində tanışı Sevinc Babayevanın (ad və soyad şərti verilib – red.) barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə onu şantaj edib. Elsevər Sevinclə bir gün əvvəl cinsi əlaqədə olarkən bunu videokamera vasitəsi ilə lentə aldığını və həmin görüntüləri sosial şəbəkədə yayacağını bildirib.

O, Sevincdən 250 manat tələb edib və bu məbləğin 50 manatını alıb.

“Özümü Uğur kimi təqdim etdim”

İstintaq orqanı tərəfindən Elsevər Məmmədova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elsevər Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Samirəni hadisədən təxminən 15-20 gün əvvəl tanıyıb: “Samirə ilə köhnə tanışım olan Vəfa vasitəsilə tanış olmuşam. Samirənin əri cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib. Bu səbəbdən o, maddi cəhətdən kasıb yaşayıb. Vəfadan xahiş etdim ki, Samirəyə desin, mobil telefonuma zəng vursun. Bundan sonra Samirə mobil telefonuma zəng vurdu, mənimlə əlaqə saxladı. Onunla söhbət zamanı özümü Uğur Məmmədov kimi təqdim etdim. Çünki işim məxfiliyi qorumağı tələb edirdi”.

“Ərinin yanına getməyinə kömək etməyimi istədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirəyə maddi cəhətdən köməklik etməki, onunla birgə yaşamaq istədiyini bildirib: “Samirənin evində kiray yaşayan Türkan adlı şəxs kirayə pulunu vermədən evdən çıxıb getmişdi. Onun tapmaqda Samirəyə kömək edəcəyimi də dedim. Samirə ilə tanış olduqdan sonra bir-birimizlə əlaqə saxlamağa başladıq. Samirə söhbətlərin birində həbsdə olan ərinin yanına getmək üçün maddi cəhətdən ona kömək etməyimi istədi”.

“Dedi ki, evdə cinsi əlaqədə olaq”

Elsevər Məmmədov qeyd edib ki, sonuncu dəfə onlar noyabrın 24-də, saat 13.30-da Sumqayıt şəhəri, 18 saylı orta məktəbin qarşısında görüşmək barədə razılığa gəliblər: “Mən kirayə götürdüyüm "Toyota Camry" markalı avtomobillə Sumqayıt şəhərinə gəldim. Samirənin məktəbin qarşısında məni gözlədiyini gördüm. Həmin vaxt Samirə avtomobilə əyləşərək burada onu tanıdıqlarını, evlərinə getməyimizi, orada cinsi əlaqədə olmağımızı istədi. Samirə ilə razılaşaraq onun Sumqayıtda yaşadığı evin yaxınlığına gəldik. Orada Samirə mənə qonşuların bizi görəcəyini dedi, ona görə də dəniz kənarına getməyimizi, amma tez qayıtmağı istədi”.

“Maşında cinsi əlaqədə oldum”

Elsevər Məmmədov bildirib ki, idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Sumqayıtda dəniz kənarına gəliblər: “Orada avtomobildə Samirənin razılığı ilə könüllü olaraq onunla təbii yolla cinsi əlaqədə oldum. Sonra Samirəni aparıb 18 saylı orta məktəbin qarşısında düşürdüm. Yolda Samirə məndən 1000 manat pul istədi. Samirəyə Vəfa ilə rəfiqə olduğunu xatırlatdım. Dedim ki, Vəfan hamıya faizlə pul verir, səbə də faizsiz pul verə bilər, ona görə də Vəfaya müraciət elə”.

“Əsəbləşdiyim üçün telefonumu sındırdım”

Elsevər Məmmədovun sözlərinə görə, noyabrın 25-də Vəfa onun mobil telefonuna zəng vurub: “O, əsəbi halda soruşdu ki, niyə faiz məsələsi barədə Samirəyə demişən. Vəfaya ağzımdan qaçırdığımı, ona görə də üzürlü hesab etməsini xahiş etdim. Lakin Vəfa acıqlı olduğu üçün mənə kobud sözlər dedi. Vəfa ilə danışdıqdan sonra əsəbimi cilovlaya bilmədim, “Samsunq Qalaxy J 2 prime” markalı mobil telefonumu yerə çırpdım. Samirənin mobil telefonuna zəng vurub, niyə Vəfaya bizim söhbətimiz barədə dediyini soruşdum. Əsəbləşdiyim üçün 250 manat dəyərində mobil telefonumu yerə çırpıb, sındırdığımı dedim. Mobil telefonumu sındırmağımda görə onun günahkar olduğunu söylədim. Samirəyə dedim ki, ya mənə təzə telefon alacaqsan, ya da 250 manat pul verəcəksən. Samirə əvvəl razılaşdı, lakin sonra nə telefon almayacağını, nə də pul verməyəcəyini bildirdi”.

“Görüntüləri ailəsinə göstərəcəyimi bildirdim”

Elsevər Məmmədov qeyd edib ki, Samirəyə görə ziyana düşdüyü üçün ondan dəymiş ziyanın əvəzini almaq qərarına gəlib: “Ona görə də Samirəyə mənimlə avtomobildə cinsi əlaqədə olduğunu gizli olaraq kamera ilə çəkdiyimi, mənə dəymiş 250 manat ziyanın ödənilməsini, əks halda cinsi əlaqədə olmağım barədə görüntüləri ailəsinə göstərəcəyimi bildirdim. Bu sözlərdən sonra Samirə mənə qardaşından pul alıb, axşam qaytaracağını dedi. Sonra zəng vuraraq 18 saylı orta məktəbin qarşısına gəlməyimi istədi. Mən də evdən çıxaraq kirayəyə götürdüyüm “Toyota Camry” markalı avtomobillə 18 saylı orta məktəbin qarşısına gəldim. Samirənin orada məni gözlədiyini gördüm. Samirədən yenə də ya mobil telefonumu alaraq verməsini, ya da ki, telefonun pulunu verməsini istədim. Samirə Vəfanın mobil telefonuna zəng vurub, onun 18 saylı orta məktəbin qarşısına gəlməsini xahiş etdi. Az sonra Vəfa 18 saylı orta məktəbin qarşısına gəldi”.

“Dedim, cinsi əlaqədə olmaq barədə görüntüləri yayacam”

Elsevər Məmmədovun ifadəsinə görə, Samirə Vəfaya baş verənləri danışdı: “Vəfa isə Samirəyə dedi ki, sənə mən demişdim get Uğurla cinsi əlaqədə ol, bu iş onluq deyil, get nə edirsən, et. Həmin vaxt Samirəyə bildirdim ki, ya 250 manat pul tapsın, ya da onunla cinsi əlaqədə olmağım barədə görüntüləri sosial şəbəkədə yayacam. Sonra maşınla Samirə və Vəfa ilə birlikdə Samirənin yaşadığı binanın qarşısına gəldik. Samirəyə işimlə əlaqədar Bakıya gedəcəyimi, pulu Vəfa vasitəsilə mənə çatdırmasını tapşırdım,. Samirə evdə 50 manat pulu olduğunu dedi. Samirəyə deim ki, həmin 50 manat pulu indi Vəfa ver, qalan 200 manat pulu isə sabah çatdır”.

“Zəng etdi, geri qayıtdım”

Elsevər Məmmədov qeyd edib ki, bundan sonra avtomobili ilə Bakıya doğru gedib: “Az sonra Vəfa zəng vurub, geri qayıtmağımı istədi. O, Samirənin 50 manat pulu ona verdiyini dedi. Dərhal Samirənin yaşadığı evin yaxınlığına gəldim. Orada sürücülük məktəbinin qarşısında Samirə ilə Vəfanın məni gözlədiklərini gördüm. Vəfa həmin vaxt avtomobilə əyləşdi, 50 manat pulu mənə verdi. Həmin vaxt Samirə avtomobilə yaxınlaşdı və məndən soruşdu ki, niyə ona yalandan Bakıya gedəcəyimi dedim. Samirəyə bildirdim ki, Sumqayıtda uzaqlaşmamışdım, ona görə də tez geri qayıtdım”.

“Samirəyə görüntüləri göstərməyəcəyimi dedim”

Elsevər Məmmədovun sözlərinə görə, sonra Samirə ondan cinsi əlaqədə olmağı barədə görüntüləri göstərməyi tələb edib: “Samirəyə dedim ki, görüntüləri göstərməyəcəyəm, qalan 200 manat pulu da ver, verməsən, görüntüləri yayacam. Samirə 200 manat pulu səhərisi gün çatdıracağını dedi. Həmin vaxtı Vəfa Samirəyə dedi ki, sənə ayıb olsun, mən sizi tanış etməmişdim ki, cinsi əlaqədə olasınız. Sonra Samirə bizdən uzaqlaşdı, yaşadığı ünvana getdi. Həmin gün axşam Samirənin qardaşı mobil telefonuma zəng vurdu, məndən Samirənin borcunun nədən yarandığını soruşdu. Mən də Samirənin mənə borclu olduğunu bildirdim. Hal-hazırda əməlimdən səmimi peşmançılıq çəkirəm. Ailəliyəm, himayəmdə iki azyaşlı övladım var”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elsevər Məmmədov 2 il 11 ay 28 müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elsevər Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Elsevər Məmmədovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.