Külli miqdarda çətənə kolu və marixuana aşkarlandı - Pirallahıda » Conflict.az

Külli miqdarda çətənə kolu və marixuana aşkarlandı - Pirallahıda

Kriminal

148

Külli miqdarda çətənə kolu və marixuana aşkarlandı - PirallahıdaPirallahı sakininin evindən 97 kiloqramdan artıq narkotik tərkibli çətənə kolu və marixuana aşkar olunub.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadə saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 6 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.