"İŞİD oğlumu ailəsindən ayırıb təlimə aparıb" - Rufan Hüseynovun anası

Kriminal

153

"İŞİD oğlumu ailəsindən ayırıb təlimə aparıb" - Rufan Hüseynovun anasıBakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Ittihama görə, Rufan Hüseynov 2014-2015- illərdə Suriyada qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib. O, İŞID tərkibində olan "Çeçen caamatı"na qoşulub. Daha sonra Türkiyəyə qayıdıb, orada saxlanaraq Azərbaycana deportasiya edilib.

İttihama münasibət bilidirn Rufan Hüseynov özünü qismən təqsirli bilib, növbəti prosesdə ifadə verəcəyini bildirib.

Prosesdə şahid qismində təqsirləndilən şəxsin anası M.Hüseynova dindirilib.

O ifadəsində oğlunun Suriya getməsindən xeyli sonra xəbər tutduğunu bildirib: "Yoldaşını da götürüb Türkiyə işləməyə gedib. Orda bunu aldadıblar ki, Suriyada pulsuz ev, yaxşı iş var. Bu da aldanıb gedib. Orda ailəsindən uzaq salıb təlimlərə aparıblar. Pulu olmayıb. Axırda Türkiyədəki dostunun köməyi ilə oradan çıxa bilib".

Təqsirləndirilən şəxsin qayınanası Mehriban Zeynalova da şahid qismində ifadə verib: "Rufan çox ağıllı, savadlı oğlandır. Bir səhv edib".

Proses iyulun 13-də davam edəcək.

Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.